Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla F-35 qırıcılarının alınması məsələsini müzakirə edəcəyini açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, Ərdoğan Fox News telekanalına verdiyi müsahibədə bildirib:
“Hazırda biz bu məsələ ilə bağlı yenidən danışıqlar aparacağıq.”
Türkiyə lideri, həmçinin ABŞ-ın F-35 və F-16 qırıcılarının istehsalı və saxlanması üçün lazım olan dəstəyi göstərəcəyinə ümid etdiyini deyib.
Xatırladaq ki, 2025-ci ilin sonuna qədər Türkiyənin F-35 proqramına qayıtması məsələsinin həll oluna biləcəyini ABŞ-ın Ankaradakı səfiri Tomas Barak daha əvvəl açıqlamışdı.
Qeyd edək ki, Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi alması səbəbilə ABŞ Müdafiə Nazirliyi Ankaranı F-35 proqramından çıxarıb. Vaşinqton bu razılaşmanın ləğvini tələb etsə də, Türkiyə geri addım atmamışdı.