EN

Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs saxlanılıb

Göyçayda qadına qarşı quldurluq edib ölkədən qaçan şəxs saxlanılıb.

Bu barədə DİN-dən məlumat verilib.

Bildirilib ki, Göyçay rayonunda yerləşən quşçuluq fermalarının birində quldurluq hadisəsi qeydə alınıb. Kamuflyaj olunaraq gecə saatlarında obyektə daxil olan naməlum şəxs orada işləyən qadına küt alətlə xəsarətlər yetirib və 23300 manat pulu, eləcə də 2200 manat dəyərindəki qızıl-zinət əşyalarını talayaraq ələ keçirib.

"Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törədən şəxsin 40 yaşlı Ceyhun Əsgərov olduğu və hadisəni törətdikdən sonra onun Rusiya Federasiyasına qaçdığı müəyyən edilib. Həyata keçirilən tədbirlərlə C.Əsgərov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib", - əlavə olunub.

 
 

Chosen
15
36
7news.az

10Sources