EN

Azərbaycan İsrailə görə “Avroviziya”dan imtina edib? – RƏSMİ CAVAB

Azərbaycanın İsrailin Avroviziya mahnı müsabiqəsində iştirak etmədiyi təqdirdə, yarışmadan imtina edəcəyi barədə yayılan məlumat həqiqətə uyğun deyil.

Tribunainfo.az  xəbər verir ki, bununla bağlı təşkil olunmuş mətbuat konfransında çıxış edən Avroviziya Azərbaycan nümayəndə heyətinin media rəhbəri Turab Teymurov bildirib.

O qeyd edib ki, İsrail və ya başqa dövlət olsun biz siyasətə qarışmırıq.

Xatırladaq ki, Dubrovnik şəhərində 15–16 sentyabr tarixlərində keçirilən tədbirdə 6 ölkə – İspaniya, Niderland, Sloveniya, İslandiya, İrlandiya və Belçika yayımlayıcıları rəsmi şəkildə bəyanat verərək bildiriblər ki, əgər İsrail yarışmaya buraxılarsa, onlar iştirakdan imtina edəcəklər.

Türkiyənin bəzi media subyektləri və sosial media hesablarında isə Azərbaycan dövləti adından “Avroviziya 2026″da İsrail yoxdursa, biz də yoxuq” başlığı ilə xəbərlər tirajlanıb.

Saxta xəbər Türkiyənin Akit televiziyası və ən böyük sosial media kanallarından olan “Baho” tərəfindən paylaşılıb.

Modern.az

Chosen
10
3
tribunainfo.az

10Sources