EN

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.
Oxu.Az xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Qeyd edilən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.
Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır. Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Chosen
27
1
oxu.az

10Sources