AZ

Kitabxana müdiri vakansiyası üzrə qeydiyyat başlayıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində kitabxanaçı vəzifəsində çalışan və kitabxana müdiri vəzifəsinə keçmək istəyən namizədlər üçün qeydiyyat mərhələsi başlayıb.

TƏHSİL.BİZ  xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, qeyd edilən vəzifə üzrə namizədlər 26 sentyabr 2025-ci il saat 12:00-dək qeydiyyatdan keçə bilərlər.

Namizədlərin orta ixtisas təhsili olduğu halda 5 ildən az olmayaraq, ali kitabxanaçılıq və ya ali pedaqoji təhsili olduğu halda isə 3 ildən az olmayaraq kitabxana işi sahəsində əmək stajı olmalıdır.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Seçilən
8
11
tehsil.biz

10Mənbələr