EN

Elçin Əmirbəyov Azərbaycanın Aİ və ATƏT ilə münasibətlərindən danışıb

BAKI, 23 sentyabr. TELEQRAF

Azərbaycanın Avropa İttifaqı (Aİ) ilə münasibətlərində enerji məsələləri əsas rol oynayıb.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Austria Presse Agentur"a müsahibəsində bildirib.

Onun sözlərinə görə, Azərbaycan yalnız yeni neft və qaz yataqlarını kəşf etməyib, həm də 2006-cı ildən etibarən bu resursları Avropa bazarlarına çatdırmaq üçün infrastruktur yaradıb:

"Avropanın on ölkəsi, o cümlədən səkkiz Aİ üzvü Azərbaycan qazı alıb. Avstriya kimi Cənub Qaz Dəhlizinə qoşulmayan ölkələr isə yalnız neft tədarükü alır. Bakı və Brüsselin münasibətlərini yalnız enerji məsələləri ilə məhdudlaşdırmaq düzgün olmaz. Aİ-nın Azərbaycanla nəqliyyat və digər sahələrdə də marağı artır".

Eyni zamanda, Elçin Əmirbəyov Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətinə toxunub.

O bildirib ki, sentyabrın 1-də ləğv edilən ATƏT-in Minsk qrupu 28 il ərzində Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərində uğursuz olub:

"İştirakçı dövlətlər (Rusiya, Fransa, ABŞ - red.) arasında geosiyasi qarşıdurmalar səbəbindən konsensus əsaslı təşkilatda ortaq qərara gəlmək demək olar ki, mümkün olmayıb. ATƏT yalnız iqtisadiyyat, enerji, nəqliyyat və ətraf mühit sahələrində potensiala malikdir".

Elçin Əmirbəyov optimist qalmaq istədiyini, lakin bütün üzv ölkələr arasında ortaq yanaşma olmazsa, ATƏT-in gələcəyini proqnozlaşdırmağın çətin olduğunu bildirib.

Chosen
22
1
teleqraf.com

2Sources