EN

"Orada tanış simalar çoxdur" - "Şirvan"ın baş məşqçisi

İkinci Liqa təmsilçisi "Şirvan" son turda növbəti qələbə sevincini yaşayıb. Bölgə təmsilçisi 3-cü tur çərçivəsində evdə "Göygöl"ü 2:0 yenib. 

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşlə bağlı fikirlərini bölüşüb. 

Gənc mütəxəssis o cümlədən, növbəti oyunları ilə bağlı açıqlama verib: 

"Rəqib komandanı tanımırdıq, sadəcə bilirdik ki, çətin olacaq. Çünki bizə nisbətən təcrübəli komandadır, liqa təcrübələri var. Bununla belə, oyun üstünlüyü bizdə idi. Şükürlər olsun ki bu üstünlük tabloda da əksini tapdı. Uşağlar yaxşı oynadılar. Azarkeşlərimizə təşəkkür edirəm, axıra qədər komandanı dəstəklədilər. 
Bildiyimiz kimi, növbəti oyunumuz "Kür-Araz"ladır. "Göygöl"dən fərqli olaraq, "Kür-Araz"ı tanıyırıq. Orada tanış simalar çoxdur, təcrübəli futbolçuları var. Oyuna yenə qələbə əzmi ilə çıxacağıq. Sevindirici hal odur ki, nə cəzalı, nə də zədəli oyunçumuz var. Əksinə, Comərd Baxşəliyev və Vaqif Şirinbəyov artıq komandaya qoşulması ilə daha da kompakt olmuşuq".

Qeyd edək ki, "Şirvan" 4-cü tur çərçivəsində "Kür-Araz" ilə 30 sentyabrda qarşılaşacaq. Görüş Saatlıda baş tutacaq. Üç turdan sonra hesabında 6 xal olan debütant "Şirvan" hazırda turnir cədvəlində 4-cü pillədə qərarlaşıb.

Mirağa

Chosen
9
1
fanat.az

2Sources