EN

Kral III Çarlz oğlu Şahzadə Harrinin ailəyə qayıtmaq xahişini rədd edib

Böyük Britaniya kralı III Çarlz oğlu Şahzadə Harrinin kral ailəsinə “qismən qayıtmaq” barədə müraciətini rədd edib. Vətəninfo.az xəbər verir ki, bu barədə The Times nəşri məlumat yayıb.

Məlumata görə, sentyabrın 10-da Harri atasının iqamətgahı olan Clarence House-da onunla görüşüb. Bu, ata və oğul arasında son 19 ay ərzində ilk görüş olub. Söhbət 54 dəqiqə davam edib və çay süfrəsi arxasında baş tutub.

Görüş zamanı Susseks hersoqu ABŞ-da daimi yaşayışını davam etdirmək şərti ilə kral ailəsinin bəzi tədbirlərində iştirak etməyi təklif edib. Lakin kral III Çarlz bu təklifi qəti şəkildə rədd edib.

Mənbənin sözlərinə görə, kral bu mövzuda anası II Yelizavetanın qərarını dəstəklədiyini və “ailə üzvləri üçün yarımçıq, qeyri-müəyyən ictimai rolların mümkün olmadığını” açıq şəkildə ifadə edib.

Beləliklə, Şahzadə Harrinin kral ailəsinə rəsmi şəkildə qayıtmaq imkanı aradan qalxıb.

Chosen
6
veteninfo.az

1Sources