EN

Felipe Santos: “Azərbaycanlı hakimlər faciədirlər” MÜSAHİBƏ

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Azərbaycanlı hakimlər faciədirlər".

İdman.biz xəbər verir ki, bunu QOL.az müsahibəsində "Araz-Naxçıvan”ın yarımmüdafiəçisi Felipe Santos deyib.

Həmin müsahibəni təqdim edirik:

- Misli Premyer Liqasının 5-ci turunda “Qarabağ”a böyük hesabla uduzdunuz. 0:5 hesablı məğlubiyyəti necə şərh edərdiniz?

- Çətin oyun oldu. Azərbaycanın ən yaxşı klubuna qarşı oynayırdıq. Hamı “Qarabağ”ın keyfiyyətinə bələddir. Lakin mən başqa bir şey barədə danışmaq istəyirəm.

- Buyurun.

- Azərbaycanlı hakimlər faciədirlər. Bizim “Qarabağ”la görüşün hakimi (Əliyar Ağayevi nəzərdə tutur - red.) bir neçə gün əvvəl Çempionlar Liqasının oyununu idarə edib. İndi isə belə edir... “Qarabağ”ın gücünü hamı bilir. Lakin belə hakimlik olmamalıdır.

- Konkret hansı epizodlarla bağlı narazılığınız var?

- O qədərdir ki. Hansını deyəsən... Həm penalti, həm də qırmızı vərəqə çox ağır qərar idi. Ümumiyyətlə, çatışmazlıqlar çoxdur. Halbuki Çempionlar Liqasında oyunları belə idarə etmirlər.

- Sizcə, bu, nədən qaynaqlanır?

- Bilmirəm. Hakimlərlə danışmaq lazımdır. 4 ildir Azərbaycandayam, hər gün hakimlik daha da pis olur, hakimlərin idarəçiliyi ancaq geri gedir. Yenə deyirəm, bunun “Qarabağ”la əlaqəsi yoxdur. Onlar çox yüksək səviyyəli komandadırlar. Lakin Azərbaycan Premyer Liqasının keyfiyyətini qaldırmaq üçün bu hakimləri dəyişmək lazımdır.

- “Qarabağ”dan alınan ağır məğlubiyyət növbəti matçlarda çıxışınızı mənfi təsir etməyəcək?

- Xeyr. Yaxşı komandamız var. Daha çox çalışmalıyıq. Məşqlərdə çatışmazlıqlar üzərində daha çox işləməliyik. Yaxşı mövsüm keçirmək istəyirik.

- “Qarabağ”la matça mərkəz hücumçusu kimi başladınız. Həmin mövqedə oynamaq daha rahatdır, yoxsa cinahda?

- Mən komandaya kömək etmək üçün burdayam. Elmar müəllim məni çox yaxşı tanıyır. Hansı mövqedə məsləhət bilsə, orada da oynayacam. Hücumun mərkəzində də çıxış edə bilirəm. Bu, mənim üçün problem deyil.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
3
icma.az

4Sources