Sumqayıt şəhərinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
"Azəriqaz" İB Sumqayıt QİS-dən "Unikal"a verilən məlumata görə, Sumqayıt şəhərinin "Xəzər bağları" ərazisində yerləşən 141 saylı balans qovşağında cari təmir işlərinin aparılması ilə əlaqədar 1000 abonentin qaz təchizatı saat 15:30-da dayandırılacaq.
Qazın verilişi işlər yekunlaşdıqdan sonra bərpa ediləcək.