Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə İtaliyanın “Italiana Petroli S.p.A” şirkətinin məxsus olduğu “MIP S.p.A” şirkəti arasında səhmlərin alışı ilə bağlı müqavilə imzalanıb. Müqavilə, Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2025) çərçivəsində baş tutub.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Italiana Petroli S.p.A”nın İdarə Heyətinin sədri Uqo Braçetti Peretti imzalayıb. Bu müqavilə, SOCAR-ın Avropanın enerji bazarındakı mövqeyini gücləndirəcək və şirkətə yeni strateji imkanlar açacaq.
Eyni zamanda, AIIF 2025 çərçivəsində digər mühüm bir müqavilə də imzalanıb. “EelElectric” MMC ilə İsveç-İsveçrə transmilli korporasiyası "ABB Group"un Türkiyə nümayəndəliyi arasında elektrik mühəndisliyi və energetika sahəsində Modul Panel Sistemlərinin quraşdırılması ilə bağlı müqavilə bağlanıb. Sənədi “EelElectric”-in direktoru Vüsal Mirzəyev və "ABB Group Turkey"-nin ölkə meneceri Mahmud Rzayev imzalayıb.
Bu layihə, elektrik infrastrukturu sahəsində texnoloji inkişafı dəstəkləyərək Azərbaycanın enerjiyə olan tələbatını qarşılayacaq və enerji səmərəliliyini artıracaq.
Aytac