EN

İctimai nəqliyyatdan istifadə edənlər oxusun KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda ictimai nəqliyyatda 2026-cı ildən yeni model tətbiq olunacaq. Maraqlıdır, tətbiq ediləcək məsafə əsaslı model sərnişinlər üçün gedişhaqqının artmasına səbəb olacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirib ki, bu sistemin tam tətbiqi müəyyən vaxt aparacaq:

“Çünki sistemi qurmaq üçün avadanlıqlar lazımdır. Əgər həm metroda, həm də avtobusda məsafəyə görə ödəniş olarsa, sərnişin həm girişdə, həm də çıxışda kartını oxutmalıdır. Getdiyi məsafə avtomatik müəyyən ediləcək və kartından müvafiq məbləğ tutulacaq”.

Ekspertin sözlərinə görə, hazırkı tarif sistemi ədalətli deyil:

“İndi bir və yaxud 10 dayanacaq gedən sərnişin eyni pulu ödəyir. Hətta avtobusun başlanğıc dayanacağında minən və son dayanacaqda düşən sərnişin də eyni məbləğ verir. Bu isə ədalətsiz bir ödəmə modelidir”.

Yasin Mustafayev əlavə edib ki, məsafə əsaslı modelin tətbiqi nəticəsində, az yol gedən sərnişinlər daha aşağı, uzaq məsafəyə gedənlər isə daha yüksək məbləğ ödəyəcək. Bu səbəbdən indiki qiymətlərlə müqayisə aparmaq doğru olmaz.

Aynurə İsmayıl

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
24
1
konkret.az

2Sources