EN

“Mən heç vaxt kapitan təyin etməmişəm” - Tanınmış baş məşqçi

PSJ-nin baş məşqçisi Luis Enrike müdafiəçi Əşrəf Hakiminin davam edən məhkəmə proseslərinə baxmayaraq, komandanın vitse-kapitanı kimi fəaliyyətini davam etdirməsini şərh edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, kapitanı özünün təyin etmədiyini söyləyib:

“Mən heç vaxt kapitan təyin etməmişəm. Çalışdığım hər klubda futbolçular kapitan seçib.

Qalan hər şeyə gəlincə, bu, açıq deyil. Hansısa bir məlumat ortaya çıxsa, bu haqda danışa bilərik”.

Mərakeşli futbolçu təcavüzdə ittiham olunur və bu ilin avqustunda prokurorlar onun üçün 15 ilə qədər həbs istəyib.

Chosen
10
sportinfo.az

1Sources