EN

Türkmənistan və BMT strateji tərəfdaşlığın mühüm aspektlərini müzakirə etdi

BAKI, 23 sentyabr. TELEQRAF

BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Türkmənistan xarici işlər naziri Rəşid Meredov və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Di Karlo Aşqabadla təşkilat arasında qlobal təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş strateji tərəfdaşlığın mühüm aspektlərini müzakirə ediblər .

Teleqraf xəbər verir ki, önləyici diplomatiyanın gücləndirilməsinə və BMT-nin Mərkəzi Asiyada münaqişələrin qarşısının alınması üzrə Regional Mərkəzinin əhəmiyyətinə xüsusi diqqət yetirilib.

Danışıqlarda beynəlxalq sabitliyin əsas elementi kimi neytrallığın rolu, eləcə də Beynəlxalq Vasitəçilik Gününün təsis edilməsi perspektivi müzakirə edilib.

Chosen
43
teleqraf.com

1Sources