EN

Serj Sarkisyandan Paşinyana CAVAB: “Heç vaxt axmaqlarla mübahisə etməyin”

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, Nikol Paşinyan öz Facebook yazısında keçmiş üç prezident — Levon Ter-Petrosyan, Serj Sarkisyan və Robert Köçəryanı trollayıb, onları debatlara çağırıb, uşaqlarının və nəvələrinin 2018-ci ildən əvvəl Ermənistan xaricində harada olduğuna dair suallar səsləndirib.Paşinyan keçmiş prezidentlərdən soruşub ki, əgər o, Ermənistanı müharibəyə sürükləyibsə, nə üçün onların vaxtında 2018-ci ildə və daha əvvəllər onların Ermənistanda və ya müharibə zonasında övlаdlаrı xidmət aparmayıb.Sonda Paşinyan keçmiş prezidentləri debatlara çağırıb və onları bu suallara cavab verməyə çalışıb: “Harada idilər, nə işlə məşğul idilər?”.Bizim.Media xəbər verir ki, Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan baş nazir Nikol Paşinyanın bu gün “Facebook”da paylaşdığı statusa münasibət bildirib:“Günün mənası – axmaqların və ya özlərinə sərf edən anlarda elə görünənlərin psixologiyası haqqında:«Heç vaxt axmaqlarla mübahisə etməyin, onlar sizi öz səviyyələrinə endirəcəklər və burada sizin qalib gəlmək şansınız ümumiyyətlə olmayacaq. Mark Tven”.«Yalnız iki şey sonsuzdur – kainat və insan axmaqlığı. Amma birincisinə (kainata) o qədər də əmin deyiləm. Albert Eynşteyn.” (Mənbə: Aravot.am)Bizim. Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
51
1
bizim.media

2Sources