EN

​Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 34-cü Ali-Səviyyəli Toplantısı Nyu Yorkda öz işinə başlayır

Bakı. Trend:

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, BMT Baş Assambleyasının 80-cisessiyası çərçivəsində 34-cü Ali Səviyyəli Toplantısını təşkiledəcək. Toplantı ABŞ-nın Nyu-York şəhərində, 23-26 sentyabrtarixlərində baş tutacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, “Multilateralizm DönümNöqtəsində: Çağırışlar və Sülhə Aparan Yollar” başlığı altındakeçiriləcək toplantıda bir çox cari və sabiq dövlət və hökumətbaşçıları, beynəlxalq təşkilat rəhbərləri bir araya gələrək qlobaləməkdaşlıq və multilateralizmin aktual çağırışlarını müzakirəedəcəklər.

Qeyd edək ki, bu toplantı BMT Baş Assambleyası çərçivəsindəkeçirilən paralel tədbirlər arasında ən böyük toplantı hesab olunurvə 50-dən çox ölkədən yüksək səviyyəli nümayəndələrin, o cümlədən25-dən çox sabiq və indiki prezidentin, eləcə də 10-dan çox sabiqvə indiki baş nazirin iştirakı baş tutacaq.
Toplantının işində Mərkəzin həmsədrləri xanım Vayra Vike-Frayberqavə Dr. İsmail Səragəldin, Albaniya, Bosniya və Herseqovina,Monteneqro Prezidentləri, Bolqarıstan ve Andorranın Baş nazirləri,Sloveniyanın xarici işlər naziri, Ümumdünya Səhiyyə TəşkilatınınBaş Direktoru, BMT Baş katibinin müavini və BMT SivilizasiyalarAlyansının Ali Nümayəndəsi, "UNCTAD"ın Baş katibi, Çin hökumətininAvropa məsələləri üzrə xüsusi nümayəndəsi, BeynəlxalqTelekommunikasiya İttifaqının Baş katibi, "UNEP", "UNHabitat","UNAIDS" ve "UN Women" İcracı direktorları, o cümlədən 30-dan çoxölkənin sabiq ölkə ve hökumət rəhbərləri, xarici işlər nazirləriiştirak edəcək.

Ümumi olaraq bildirək ki, toplantı proqramında qlobalbərabərlik, iqlim dəyişikliyi, qlobal səhiyyə, texnolojidəyişikliklər və geosiyasi proseslər üzrə panel müzakirələri, sülhəgedən yol kimi sessiyalar yer alır. Müzakirə olunacaq mövzulararasında həmçinin 2026-cı ildə Bakıda keçiriləcək ÜmumdünyaŞəhərsalma Forumuna (WUF2026) hazırlıq məsələləri də diqqətmərkəzində olacaq.

Chosen
22
4
az.trend.az

5Sources