EN

Rusiyada avtomobil yolunda öpüşən cütlüklər cərimələnəcəklər

Polis yolun hərəkət hissəsində öpüşən şəxsləri inzibati məsuliyyətə cəlb edəcək və cərimələyəcək.

Qaziler.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya hüquqşünas Lev Voropayev məlumat verib.

"Onlar kimisə sadəcə öpüşməyə görə cəzalandıra bilməzlər. Əgər cütlük yol hərəkəti qaydalarını pozursa, məsələn, yolun gedilən hərəkət hissəsində dayanıb onu keçmirsə, onlar da piyadalar kimi inzibati məsuliyyətə cəlb oluna bilərlər", - deyə vəkil izah edib.

O, əlavə edib ki, İnzibati Xətalar Məcəlləsinin 12.30-cu maddəsinə əsasən, qanun pozucularının hərəkətləri nəqliyyatın hərəkətinə maneçilik törətməklə nəticələnərsə, onları min rubla (20,39 azn) qədər cərimə gözləyir.

QAZİLER.AZ

Chosen
12
qaziler.az

1Sources