EN

Tomas de Vaaldan səs küylü açıqlama: Azərbaycan dominant oyunçudur!

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Amerikanın Karnegi Fondunun əməkdaşı, Cənubi Qafqaz üzrə tanınmış britaniyalı ekspert Tomas de Vaal yazıb ki, 8 avqustda Ağ Evdə Azərbaycan və Ermənistan liderləri arasında imzalanan sazişlər region üçün həqiqətən tarixi əhəmiyyət daşıyır.

Bakupost.az xəbər verir ki, onun geniş məqaləsi *Foreign Affairs* jurnalında dərc olunub. Analitik qeyd edib ki, ABŞ prezidenti Donald Tramp iki ölkənin liderlərini Ağ Evdə qəbul edərkən bu hadisəni “tarixi sülh sammiti” adlandırıb.

“Bəzilərinə bu, həddindən artıq şişirdilmiş görünə bilər. Amma bu halda Tramp həqiqətən öz siyasi bacarığı və uğuru sayəsində mühüm bir şeyə nail oldu. Bir neçə aylıq ikitərəfli danışıqlardan sonra onun iştirakı ilə aralıq sülh sazişi imzalandı,” – deyə müəllif yazır.

De Vaalın sözlərinə görə, hər iki tərəf Rusiyanın – regionun ənənəvi hegemonunun – sazişin təminatçısı olmasını istəmirdi. Bu isə Trampın sülh sammiti təşəbbüsünü xüsusilə cəlbedici etdi. “Əgər siz Rusiya prezidenti Vladimir Putinə verdiyiniz vədləri pozmağa hazırlaşırsınızsa, Oval kabinet bunun üçün ən uyğun yerdir,” – ekspert istehzalı şəkildə qeyd edir.

O, Ağ Evdə imzalanan sənədlərin mahiyyətini xatırladaraq xüsusi vurğulayır ki, “Tramp Marşrutu” – Zəngəzur dəhlizi üzrə saziş əslində 10 noyabr 2020-ci il tarixli müqaviləni əvəz edir.

Həmin müqaviləyə əsasən dəhlizin Rusiyanın nəzarəti altında fəaliyyət göstərməsi nəzərdə tutulurdu.

Ayxan,

BakuPost

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
www.bakupost.az

1Sources