EN

SİM-SİM, bağlan!

Praktikada bu o deməkdir ki, istifadəçi telefonunu dəyişəndə kartı bir cihazdan çıxarıb o birinə taxmaq lazım gəlmir, çünki fiziki mənada kart yoxdur. Sadəcə, eSİM-ə operatorun parametrləri daxil olunur.

“CCS Insight” şirkətinin ekspertiKester MannBBC-yə açıqlamasında deyib ki, bu, fiziki “sim-kart” dövrünün sonunun başlanğıcıdır.

SİM –“Subscriber Identity Module”,yəni “Abunəçinin Tanınması Modulu” deməkdir. Onun daxilindəki çip kartın taxıldığı cihazın mobil şəbəkə operatoruna qoşulmasını təmin edir. Elektron SİM-kart isə birbaşa telefonun özünə quraşdırılır.


“Apple” hələ ki fiziki SİM-kartdan tam imtina etməyib. “iPhone”ların “17”, “17 Pro”, “17 Pro Max” modellərində onlar üçün nəzərdə tutulmuş yuva saxlanılıb. Amma ekspertlər ümumi trendin fiziki sim-kartdan imtina istiqamətində olduğunu deyirlər.

Hazırda dünyada 7 milyard smartfon var. Proqnozlara görə, 2030-cu ildə onların 3,1 milyardında eSİM olacaq. Bir müddət sonra isə fiziki SİM-kartlar tamamilə gündəmdən çıxacaq.

Bu, texnoloji cəhətdən də sərfəlidir, çünki fiziki SİM-kartın yuvası cihazın daxilində əlavə yer tutur. Halbuki, həmin yerdən məsələn, batareyanı böyütmək üçün istifadə etmək olar.

e-SİMİN ən böyük üstünlüyü xaricə səfər zamanı özünü göstərir. Çünki digər ölkənin mobil operatoruna qoşulmaq üçün sim-karta ehtiyac qalmır.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının (AİKTSA) İdarə Heyətinin sədriElvin Abbasov “AzVision”a deyib ki, “Apple”ın ənənəvi SIM kartı tamamilə ləğv edib, yalnız eSIM texnologiyasına keçməsi qlobal telekommunikasiya sahəsində dönüş nöqtəsi hesab oluna bilər. Bu addım göstərir ki, yaxın illərdə ənənəvi SIM kartların istifadəsi mərhələli şəkildə azalacaq və rəqəmsal həllər dominant olacaq.


Azərbaycanda artıq bəzi mobil operatorlar eSIM xidmətini təklif edirlər və bu, istifadəçilərə daha rahat, təhlükəsiz və çevik mobil rabitə imkanı yaradır. Amma ekspertin sözlərinə görə, keçidin tam reallaşması üçün həm operatorların texnoloji infrastrukturunun uyğunlaşdırılması, həm də istifadəçilərin maarifləndirilməsi vacibdir. Çünki eSIM texnologiyası rahatlıqla yanaşı, yeni kibertəhlükəsizlik çağırışlarını da gündəmə gətirir.

- Ənənəvi SIM kartların sürətlə sıradan çıxacağı aydın olsa da, regionlarda və xüsusilə də texnologiyaya adaptasiya prosesi daha zəif olan istifadəçi qruplarında keçid mərhələsi bir qədər uzun çəkə bilər. Ümumilikdə, bu transformasiya qlobal trendlə ayaqlaşmaq baxımından zəruri və qaçılmazdır,- Elvin Abbasov vurğuylayıb.

Samir Quliyev
AzVision.az
Chosen
92
azvision.az

1Sources