EN

18 yaşlı gəncin atası sürücü ilə barışmadı Məhkəmə zalında həbs olundu

ain.az, Hurriyyet portalına istinadən məlumat verir.

Avtomobili ilə piyadanı vuraraq öldürən 50 yaşlı Elşən Hüseynovun məhkəməsi keçirilib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, qəza bu ilin martında paytaxtın Sabunçu rayonu Nardaran qəsəbəsində “Sea Breeze” kompleksinin qarşısından keçən yolda baş verib.

E.Hüseynov təyin edilmiş sürət həddini keçərək sükanı arxasında olduğu “VAZ” markalı avtomobilə nəzarəti itirib. Nəticədə nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına doğru istiqamətlənib və piyada 2007-ci il təvəllüdlü Kazımov İsmayıl Mübariz oğlunu vurub. “Sabunçu Tibb Mərkəzi” PHŞ-nin Reanimasiya şöbəsinə çatdırılan İsmayıl daha sonra özəl klinikalardan birinə köçürülüb. Lakin tibbi yardıma baxmayaraq, hadisədən 5 gün sonra vəfat edib.

Məhkəmədə mərhumun atası sürücünü bağışlamadığını, heç bir ödəniş tələb etmədiyini, bunun mənəvi bir məsələ olduğunu deyib və E.Hüseynova ağır cəza verilməsini istəyib.

Məhkəmənin 19 sentyabr tarixli hökmü ilə sürücüyə 5 il 1 ay həbs cəzası verilib. Onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə dəyişdirilib. Sürücünün həbsdən sonra 1 il 9 ay nəqliyyat vasitəsi idarə etmə hüququ da məhdudlaşdırılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
8
hurriyyet.az

9Sources