AZ

Piyadanı vuraraq öldürən sürücü məhkəmə zalında həbs edildi

Avtomobili ilə piyadanı vuraraq öldürən 50 yaşlı Elşən Hüseynovun məhkəməsi keçirilib.

Hakimiyyet.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Bildirilib ki, qəza bu ilin martında paytaxtın Sabunçu rayonunun Nardaran qəsəbəsində baş verib.

E.Hüseynov təyin edilmiş sürət həddini keçərək sükanı arxasında olduğu VAZ markalı avtomobilə nəzarəti itirib. Nəticədə, nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yolun kənarına doğru istiqamətlənib və piyada 2007-ci il təvəllüdlü İsmayıl Mübariz oğlu Kazımovu vurub. "Sabunçu Tibb Mərkəzi" PHŞ-nin Reanimasiya şöbəsinə çatdırılan İsmayıl daha sonra özəl klinikalardan birinə köçürülüb. Lakin tibbi yardıma baxmayaraq, hadisədən 5 gün sonra vəfat edib.

Məhkəmədə mərhumun atası sürücünü bağışlamadığını, heç bir ödəniş tələb etmədiyini, bunun mənəvi bir məsələ olduğunu deyib və E.Hüseynova ağır cəza verilməsini istəyib.

Məhkəmənin 19 sentyabr tarixli hökmü ilə sürücüyə 5 il 1 ay həbs cəzası verilib. Onun barəsindəki başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri ilə dəyişdirilib. Sürücünün həbsdən sonra 1 il 9 ay nəqliyyat vasitəsi idarə etmə hüququ da məhdudlaşdırılıb.

Seçilən
13
8
hakimiyyet.az

9Mənbələr