EN

"Real"dan Vinisiusa son təklif

Vinisius Juniorun "Real"dakı gələcəyi qeyri-müəyyəndir.

Sportal.az xəbər verir ki, braziliyalı vinger "kral  klubu"nun yeni müqavilə təklifini qəbul etmir. Bu barədə "El Chiringuito TV" məlumat yayıb.

"Real" Vinisiusa sonuncu təklifini qəbul edib. Ulduz futbolçu bu dəfə də rədd cavabı verə, klub onu satacaq.

Qeyd edək ki, "Real" Vinisius Junioru 2018-ci ilin yayında "Flamenqo"dan ttransfer edib. Braziliya millisinin üzvü olan 25 yaşlı ön xətt oyunçusu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 12 oyunda 3 qol vurub, 3 qol ötürməsi edib. Onun klubla sözləşməsinin müddəti 2027-ci ilin 30 iyun tarixinə kimidir.

saytlarin hazirlanmasi

Chosen
19
1
sportal.az

2Sources