EN

Bu ayda doğulan uşaqlar daha NADİNC olur - ARAŞDIRMA

Mütəxəssislərin müşahidələrinə görə, sentyabr ayında dünyaya gələn uşaqlar daha hərəkətli və nadinc olurlar. Onlar daim oyun axtarır, enerjili davranışları ilə ətrafdakılara canlılıq gətirirlər.

BAKU.WS xəbər verir ki, psixoloqlar bildirir ki, bu nadinclik xarakter zəifliyi deyil. Əksinə, belə uşaqların maraq dairəsi geniş olur və ətrafı öyrənmək həvəsi onları daim hərəkətdə saxlayır.

Uşaqların bu xüsusiyyəti valideynlər üçün çətinlik yaratsa da, mütəxəssislər onların enerjisini düzgün istiqamətləndirmək üçün idman və yaradıcılıq fəaliyyətlərinə yönləndirməyi məsləhət görürlər.

Chosen
35
4
far.az

5Sources