EN

Yeddi fərqli avtomobilin parçalarından yığılan MAŞIN aşkarlandı

Türkiyədə avtomobil almaq istəyən bir şəxs aldığı 1996-cı il istehsalı Toyota Corolla model avtomobilin ekspertiz yoxlamasına aparılması zamanı avtomobilin 7 fərqli avtomobildən parçalarla toplandığı müəyyən edilib.

Avtosfer.az xəbər verir ki, A.S. adlı şəxs, satıcı tərəfindən avtomobilin yalnız 2 hissəsinin dəyişdiyi bildirilərək təqdim edildiyini öyrənib. Satıcının əvvəlcədən hazırlanan ekspertiz hesabatını göstərməsi üzərinə A.S. avtomobili yenidən ekspertizə aparıb. Yoxlama zamanı avtomobilin ön, arxa, tavan və sütun bölmələrinin fərqli rəngdə olduğu və müxtəlif eyni marka və model avtomobillərə aid hissələrdən toplandığı müəyyən edilib.

Oto ekspertiz üzrə mütəxəssis Şenol Uysal bildirib ki, son dövrlərdə avtomobil parçalarını birləşdirərək toplama avtomobil hazırlama halları artıb: "Avtomobil iki dəyişən olaraq gətirildi, amma bütün dəyişən parçalar çıxma vasitələrlə dəyişdirilmişdi. Biz yoxladıq və tavanın fərqli, sütunlarda kəsiklər olduğunu, digər hissələrin isə fərqli avtomobillərdən götürülərək dəyişdirildiyini müəyyən etdik. Bunları həm alıcıya, həm də satıcıya göstərdik və ikisi də bu vəziyyəti təsdiqlədi. Nəticədə avtomobili alacaq şəxs almaqdan vaz keçdi və təşəkkür etdi."(baku.vs)

Chosen
13
2
avtosfer.az

3Sources