EN

"Harri Potter"in ulduzu: "Çox çətin günlər yaşamışam"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Harri Potter" film seriyasının məşhur ulduzu Emma Uotson həyatının çətin dönəmlərindən danışıb. Aktrisa etiraf edib ki, karyerasının əvvəlində qazandığı şöhrət ona böyük təzyiq göstərib və nəticədə o, çox çətin günlər yaşayıb.
Oxu.Az xəbər verir ki, bu barədə o, "Metro" nəşrinə verdiyi müsahibədə danışıb.
Uotson bildirib ki, məhz bu səbəbdən o, yeddi illik fasilə götürməli olub. Lakin indi aktrisa yenidən kinoya qayıtmaq istədiyini və aktrisalıq üçün darıxdığını vurğulayıb.
"Aktrisalıq mənim üçün dərin bir meditasiya formasıdır. Bu sənətin verdiyi azadlıq hissi üçün çox darıxıram", - deyə aktrisa söyləyib.
Emma Uotson, həmçinin, şəxsi həyatın önəmini qeyd edib:
"Əslində ən vacib olan həyatınızın təməlidir - eviniz, dostlarınız, ailəniz. Mən uzun müddət o qədər çox işlədim ki, həyatım sanki dibə çatdı".
Chosen
8
oxu.az

1Sources