EN

Bakıda bu yol tam bağlanır

Sabah saat 08:00-dan sentyabrın 25-i saat 00:00-a qədər Bakının Yasamal rayonunun Cəfər Cabbarlı küçəsində - Abbasqulu Ağa Bakıxanov küçəsi ilə kəsişmədən başlayaraq aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti qeyd olunan yol sahəsində qısa müddətlik tam məhdudlaşdırılacaq.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
"Sürücülərdən göstərilən tarixlərdə alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yaranacaq müvəqqəti narahatlığa görə üzr istəyirik", - deyə məlumatda qeyd olunub.
Chosen
47
34
onn.az

10Sources