EN

İqtisadçı hamını qızıl almağa çağırır, amma zinət əşyası yox... “Qiyməti 6 min dolları keçə bilər...”

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Qızılın qiyməti 2028-ci ilin sonuna qədər kəskin artmaq ehtimalı yüksəkdir. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində qızılın bir unsiyası 2,720 dollardan 3,700 dollara qədər yüksəlib ki, bu da 9 ayda 35,7% artımı göstərir. Əgər bu dinamika davam edərsə, qarşıdakı üç ildən bir az artıq müddətdə qiymətin iki dəfə yüksəlməsi mümkündür”.

“AzPolitika” xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib. O, qeyd edib ki, ABŞ hökuməti hazırkı iqtisadi kursu dəyişməzsə, qızılın qiyməti 6000 dolları aşa bilər.

İqtisadçı əlavə edib ki, tarixi təcrübə də bunu təsdiqləyir: 

“2017-ci ildə Donald Tramp hakimiyyətə gələndə qızılın qiyməti təxminən 1,200 dollar idi, 2021-ci ilin yanvarında isə 1,840 dollar olmuşdu. Yəni Tramp dövründə qızıl 52–53% bahalaşıb”. 

İqtisadçı vurğulayıb ki, Tramp ucuz dollar siyasətini dəstəkləyir və dollar zəiflədikdə Amerika ixracı xarici bazarlarda daha rəqabətədavamlı olur. Eyni zamanda dolların zəifləməsi qızılın cəlbediciliyini artırır, tələb və qiymət yüksəlir.

E.Əmirov bildirib ki, bu gün də oxşar dinamika müşahidə olunur və dolların dəyərsizləşdirilməsi siyasəti, eləcə də qlobal risklər fonunda qızılın qiymətinin artımı davam edir. O, hökumətləri, o cümlədən Azərbaycan hökumətini ehtiyatlarını dayanıqlı etmək üçün qızılın payını 2027-ci ilin sonuna qədər hissə-hissə artırmaq barədə düşünməyə çağırıb.

İqtisadçı həmçinin qeyd edib ki, bu tövsiyələr hüquqi və fiziki şəxslər üçün investisiya məqsədli ola bilər, lakin bəzək və dekorasiya məqsədli qızıl alışı üçün nəzərdə tutulmayıb.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
31
azpolitika.info

1Sources