EN

NATO Rusiyaya qətiyyətlə cavab verəcək - Bəyanat

NATO

NATO üzv ölkələrin hava məkanının pozulmasına qətiyyətlə cavab verəcəyini vəd edib.

Reyting.az
-ın məlumatına görə, bu barədə Şimali Atlantika Şurasının Estoniya səmasında döyüş təyyarələri ilə insidentdən sonra keçirilən məsləhətləşmələrdən sonra verdiyi bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, NATO-nun cavabı qətiyyətli olacaq: “Biz öz imkanlarımızı, çəkindirmə qabiliyyətimizi və müdafiəmizi effektiv hava hücumundan müdafiə vasitəsi ilə gücləndirəcəyik”.

Bəyanatda həmçinin bildirilir ki, NATO özünü müdafiə etmək və bütün istiqamətlərdən gələn təhdidlərin qarşısını almaq üçün bütün zəruri hərbi və qeyri-hərbi alətlərdən istifadə edəcək.

Qeyd edək ki, son günlər Rusiya NATO üzvü olan Estoniya və Polşanın hava sərhədlərini pozub.

E. KAMAL
Chosen
11
1
reyting.az

2Sources