EN

Marko Rubio: "Donald Tramp BMT-yə açıq meydan oxuyacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"ABŞ Prezidenti Donald Tramp bu gün BMT Baş Assambleyasında çıxışı zamanı təşkilata ciddi meydan oxuyacaq".
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində məlumat verib.
Dövlət katibi bildirib ki, Tramp BMT-nin dünya miqyasında nüfuzunu şübhə altına alır. Onun sözlərinə görə, təşkilat böyük potensiala malik olsa da, Rusiya-Ukrayna münaqişəsi, Qəzzada HƏMAS böhranı və hətta Haiti məsələsində heç bir rol oynamayıb.
"BMT elə bir təşkilatdır ki, dünya miqyasında möhtəşəm işlər görmək potensialı var, amma bunu etmir," - deyə Rubio vurğulayıb.
O əlavə edib ki, Tramp BMT-ni həm təşkilat olaraq fayda və məqsəd tapmağa çağıracaq:
"Çünki hazırda o öz funksiyasını yerinə yetirə bilmir, amma pulları xərcləməkdə çox mahirdir".
Rubio bildirib ki, Tramp təşkilatın səmərəsizliyini göstərmək üçün onların binasını təmir etmək istədiyini xatırlatdı, amma təşkilat hələ də bu işə başlamayıb.
"Bu, sadəcə, ildə bir dəfə bir yığın insanın toplaşdığı, nitqlər söylədiyi, məktub və bəyanatlar yazdığı, amma çox az əhəmiyyətli işin görüldüyü bir yerdir", - deyə dövlət katibi çıxışını yekunlaşdırıb.
Chosen
71
35
oxu.az

10Sources