Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə görüşü barədə sualdan yayınıb.
"Unikal" xəbər verir ki, jurnalistlərin sualına Lavrov "əla" işarəsi göstərməklə kifayətlənib.
Qeyd edək ki, bu gün Lavrov və Rubio Nyu-Yorkda danışıqlar aparıblar. Görüş əvvəllər açılmış BMT Baş Assambleyasının (GA) Yüksək Səviyyəli Həftəsi çərçivəsində baş tutub.