EN

İspaniya iki israilli nazirin Aİ-nin sanksiya siyahısına daxil edilməsinə çağırıb

İspaniya

İspaniya İsrail hökumətinin iki üzvünün Avropa İttifaqının (Aİ) sanksiya siyahısına daxil edilməsini dəstəkləyir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares "La Sexta" telekanalına müsahibəsində bildirib.

"İki israilli nazir Aİ-nin sanksiya siyahısına daxil edilməlidir", - diplomat deyib.

Sentyabrın birinci yarısında Albares bildirmişdi ki, Madrid İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan etmək qərarına gəlib.

Madrid Qəzza zolağındakı vəziyyətə görə yəhudi dövlətinə qarşı kifayət qədər sərt mövqe tutur.

Chosen
1
3
xalqcebhesi.az

4Sources