Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Albares "La Sexta" telekanalına müsahibəsində bildirib. "İki israilli nazir Aİ-nin sanksiya siyahısına daxil edilməlidir", - diplomat deyib. Sentyabrın birinci yarısında Albares bildirmişdi ki, Madrid İsrailin maliyyə naziri Betsalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin ölkə ərazisinə girişini qadağan etmək qərarına gəlib. Madrid Qəzza zolağındakı vəziyyətə görə yəhudi dövlətinə qarşı kifayət qədər sərt mövqe tutur. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.