EN

Uşaqların güclü immuniteti üçün menyuda nələr olmalıdır? ARAŞDIRDIQ

Uşaqların sağlamlığı onların gələcəyi üçün böyük rol oynayır. Sağlam və balanslı qidalanma onların immunitetini möhkəmləndirir və böyüməsini dəstəkləyir.

E-saglam.az uşaqlar üçün ən faydalı qidaları araşdırıb. Gəlin, uşaqlar üçün ən faydalı qidalara nəzər salaq:

1. Şirin kartof: Bu sağlam və ləzzətli tərəvəz kalium, C vitamini, lif, folat, A vitamini, kalsium və dəmir ehtiva edir. 

2. Brokoli: liflə dolu olan brokoli inkişaf etməkdə olan uşaqlar üçün ən yaxşı qidalardandır. Brokoli, eyni zamanda, vitamin və minerallarla zəngindir. Uşağınızın görməsinə və hüceyrə zədələnməsindən qorunmasına kömək edir. Brokolini çiy yeməklə uşaq, inkişafı üçün zəruri olan bütün maddələri qazanır.

3. Tam taxıllar: Çörək, kraker və yulaf kimi tam taxıllı yeməkləri uşaqlar sevirlər. Bu qidalar folik turşu, sink, dəmir və B vitamini baxımından zəngindir. Bundan əlavə, bəziləri D vitamini və kalsium ilə də zənginləşdirilmişdir. Ürək xəstəliklərinə qarşı profilaktik tədbir olaraq indidən uşaqlarınıza tam taxıllı yeməkləri verməyə başlayın.

4. Pendir: Uşaqlar üçün əla bir qidadır, çünki uşaqlar pendiri çox sevirlər. Kalsium, zülal və B12 vitamini baxımından zəngin olan pendir sümük meydana gəlməsində çox əhəmiyyətli bir mineral olan fosfor ehtiva edir. Digər tərəfdən, araşdırmalar zamanı müəyyən edilmişdir ki, yeməklərdən sonra pendir yemək dişlərin çürüməsinin qarşısını alır.Uşaqlarınıza pendirli sendviç hazırlaya bilər, pendiri sağlam bir şorba ya da salatın içərisinə qata bilərsiniz.

5. Qatıq: pendir kimi qatığı da uşaqlarınıza sevərək yedirə bilərsiniz. Qatıq kalsium, zülal, sink və fosfor ilə zəngindir. Bütün təbii qatıqa təzə meyvə qataraq, daha çox qida dəyəri əldə edə bilərsiniz. Az yağlı qatığa şokoladlı cips və ya yulaf qarışığı əlavə edə bilərsiniz. 

Nəzrin Abbas

E-saglam.az

Chosen
21
e-saglam.az

1Sources