EN

Tramp Ukraynadakı münaqişənin həlli üçün çox çalışdığını bildirib

“Əgər Rusiya müharibəni bitirmək üçün saziş bağlamağa hazır deyilsə, ABŞ bir sıra çox güclü tariflər tətbiq etməyə hazırdır”.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışında deyib.

ABŞ Prezidenti Ukraynadakı münaqişənin həlli üçün çox çalışdığını bildirib: "Ukraynadakı münaqişədə insan itkisinə son qoymaq üçün yorulmadan çalışıram. Rusiya Prezidenti Vladimir Putinlə həmişə yaxşı hesab etdiyim münasibəti nəzərə alsaq, bunun ən asan münaqişə olacağını düşünürdüm. Amma nə baş verəcəyini heç vaxt bilmirsən, həmişə həm yaxşı, həm də pis sürprizlər olur", - o qeyd edib.

Tramp deyib ki, ABŞ prezidenti kimi onun sələfi Co Bayden hakimiyyətə gəlməsəydi, Ukraynada münaqişə heç vaxt başlamazdı.
Chosen
30
3
sherg.az

10Sources