Qadın və kişi voleybolçular arasında Yüksək Liqaların 2025–2026-cı illər mövsümünün püşkü atılıb.
Sportal.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.
Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda - “Azərreyl”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar.
Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.
Kişilərin çempionatında isə 6 kollektiv - "Azərreyl", “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış edəcək.
Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq.
İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.
saytlarin hazirlanmasi