EN

Nasaz maşın yolda qaldı, hərəkəti məhdudlaşdırdı - FOTO

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində texniki nasazlıq səbəbindən yük avtomobili yolda qalıb.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avtosfer.az-a verilən məlumata görə, digər nəqliyyat vasitələri üçün qəza şəraiti yarandığından və yük avtomobilinin yoldan götürülməsi məqsədilə metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib.

Hazırda yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

 

FOTO QALEREYA
Chosen
39
14
avtosfer.az

10Sources