EN

Ermənistan vətəndaşı Rusiyada məhkəmə zalından qaçdı

Rusiyanın Leninqrad vilayətinin Dövlət Əmlakını İdarəetmə üzrə Federal Agentliyinin keçmiş sədr müavini Boris Avakyan Sankt-Peterburqun Kronştadt Rayon Məhkəməsinin binasından qaçıb.

Axar.az Oxu.Az-a istinadən xəbər verir ki, hərbi polis 43 yaşlı Ermənistan vətəndaşını gömrük ödənişlərindən yayınma işi üzrə ona qarşı qətimkan tədbirinin seçilməsi məsələsinin həll olunduğu məhkəmə iclasına gətirib. Fasilə zamanı Avakyan siqaret çəkmək üçün icazə istəyib, küçəyə çıxıb və geri qayıtmayıb.

Qaçaq məmur Peterburqdakı Ermənistanın konsulluğu ərazisində gizlənə bilər.

Avakyanı 2016-cı ildə qaçaqmalçılıqda ittiham ediblər, sonradan o, ev həbsindən Parisə qaçıb.

İrəvanda Avakyan siyasi karyera qurub və hətta Rusiya vətəndaşlığından imtina edib. Lakin bir neçə ildən sonra o, yenidən Peterburqda peyda olub.

Chosen
41
6
axar.az

9Sources