EN

İspaniyanın məşhur klubu "Qarabağ"a görə 220 avro istəyir

Çempionlar Liqasının 3-cü turunda İspaniyanın "Atletik”(Bilbao) və "Qarabağ" arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.

Sportinfo.az İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20:45-də start veriləcək.

İlk turdan sonra “Qarabağ”ın aktivində 3 xal var. “Atletik” isə evdə “Arsenal”a 0:2 uduzub.

Chosen
9
sportinfo.az

1Sources