EN

NASA ekipajlı Ay missiyasının vaxtını açıqladı

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) "Artemis" proqramı çərçivəsində ilk ekipajın uçuşunu 2026-cı ilin aprel ayına planlaşdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bununla belə, agentlik buraxılışı 2027-ci ilin fevral ayına qədər təxirə sala bilər.

"Artemis" missiyası NASA-nın rəhbərlik etdiyi Ayın kəşfiyyatı proqramıdır. Onun əsas məqsədi 1972-ci ildə "Apollon 17"nin uğurunu təkrarlamaq və Ayda insanın mövcudluğunu bərpa etməkdir.

Ümumilikdə üç missiya planlaşdırılır: Pilotsuz Ay orbiti ("Artemis I"), pilotlu Ay orbiti ("Artemis II") və Ayın cənub qütbünə ekipajın enişi missiyası ("Artemis III"). Missiyanın yekun mərhələsi 2027-ci ilin ortalarına planlaşdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
46
1
oxu.az

2Sources