EN

Millimizlə oyuna qədər iş yerini dəyişəcək?

Ukrayna millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan önünə yeni baş məşqçinin rəhbərliyi altında çıxa bilər.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, hazırkı çalışdırıcı Sergey Rebrovun komandanı tərk etmək ehtimalı hələ də gündəmdədir.

Çünki “Panatinaikos” onun xidmətində israrla maraqlıdır.

Rui Vitoriyanın istefasından sonra baş məşqçi axtarışında olan Yunanıstanın nəhəngi üçün prioritet məhz Rebrovdur. Klub 51 yaşlı mütəxəssisin nümayəndələri ilə danışıqlara başlayıb.

Rebrovun Ukrayna Futbol Assosiasiyası ilə müqaviləsi gələn ilin yayına qədər olsa da, keçidin yaxın həftələrdə reallaşması istisna edilmir. Çünki assosiasiya da baş məşqçi dəyişikliyinin əleyhinə deyil.

Ukrayna ilə Azərbaycan arasında növbəti oyun oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək. Bu komandalar arasında Bakıda baş tutan matçda 1:1 hesablı heç-heçə qeydə alınıb.

Chosen
33
sportinfo.az

1Sources