EN

25 ölkənin XİN rəhbəri İsraili Qəzzadan tibbi dəhliz açmağa çağırıb

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

25 ölkənin xarici işlər nazirləri, eləcə də Böhranlara Hazırlıq və Yardım üzrə Avropa Komissarı Aca Ləbib İsraili Qəzza zolağından yaralıların təxliyəsi üçün tibbi dəhlizin fəaliyyətini bərpa etməyə çağırıb.

APA xəbər verir ki, bu haqda Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Biz İsraili Şərqi Qüds də daxil olmaqla, işğal olunmuş İordan çayının qərb sahilinə tibbi dəhlizi bərpa etməyə çağırırıq ki, Qəzzadan tibbi evakuasiya bərpa olunsun və xəstələr Fələstin ərazisində çox ehtiyac duyulan müalicəni ala bilsinlər", - bəyanatda deyilir.

Qeyd olunur ki, sənədi Avstriya, Belçika, Böyük Britaniya, Almaniya, Yunanıstan, Danimarka, İrlandiya, İslandiya, İtaliya, Kanada, Kipr, Lüksemburq, Litva, Malta, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, Xorvatiya, Finlandiya, Sloveniya, Finlandiya, İsveçrə XİN rəhbərləri və Böhranlara Hazırlıq və Yardım üzrə Avropa Komissarı Aca Ləbib imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
44
5
apa.az

6Sources