EN

Yeddi müharibəni dayandırdım - Tramp

ABŞ prezidenti Donald Tramp BMT Baş Assambleyasında çıxışında prezidentlik dövrünün ilk aylarında yeddi uzunmüddətli münaqişəni dayandırdığını bildirib və təşkilatı fəaliyyətsizlikdə günahlandırıb.

Tramp deyib ki, administrasiyası Ermənistan və Azərbaycan, İsrail və İran, Kosovo və Serbiya kimi regionlarda müharibələri dayandırıb.

“Mən yeddi müharibəni bitirdim… BMT isə buna heç cəhd etmədi”, – o vurğulayıb.

Ukrayna barədə danışan Tramp müharibənin “bir neçə gün” çəkməli olduğunu, lakin üç il yarımdır davam etdiyini bildirib.

O, Moskva sülh razılaşmasına getmədiyi halda sərt tariflər tətbiq edəcəyini və Avropanı Rusiyadan enerji idxalını dayandırmağa çağırıb.

Tramp həmçinin HƏMAS-ın girovları azad etmədən Fələstin dövlətinin tanınmasına qarşı çıxıb, İranı “terrora ən çox dəstək verən ölkə” adlandırıb və ABŞ-ın Tehranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyini deyib.

O, Aİ, Yaponiya və digər ölkələrlə yeni ticarət sazişlərini vurğulayıb, NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə qaldırmaq barədə razılığa gəldiyini bildirib və narkokartellərə, həmçinin “zərərli yaşıl enerji siyasətlərinə” qarşı mübarizə vəd edib.

N.Təbrizli

Chosen
37
anews.az

1Sources