EN

Trampdan PROQNOZ: “Ukrayna Rusiyadan ərazilərini geri ala bilər”

ABŞ prezidenti çərşənbə axşamı özünün Truth sosial şəbəkəsində Kiyevi dəstəkləyən bir sıra bəyanatlar verərək, Rusiya-Ukrayna münaqişəsinə diqqət çəkib.

Bakıvaxtı.az-ın Fransanın “LeFigaro.fr” saytına istinadən verdiyi xəbərə görə, ABŞ prezidenti hətta belə təəssürat yaradıb ki, o, münaqişənin nəticəsi ilə bağlı proqnozlarına da yenidən baxıb. Tramp Ukraynanın məğlubiyyətini proqnozlaşdırmaq əvəzinə, Ukrayna prezidenti Vladimir Zelenski ilə ikitərəfli görüşdən çıxıb və Ukraynanın münaqişədə qalib gələ biləcəyini bəyan edib:

"Ukrayna və Rusiyadakı hərbi, iqtisadi vəziyyəti öyrəndikdən, tam dərk etdikdən və bunun Rusiyaya vəd etdiyi iqtisadi çətinlikləri gördükdən sonra inanıram ki, Ukrayna Avropa İttifaqının dəstəyi ilə öz ərazilərini orijinal formada qaytarmaq və bəlkə də daha da irəli getmək iqtidarındadır. Zamanla, səbirlə və Avropanın, xüsusilə NATO-nun maliyyə dəstəyi ilə bu müharibə başlamazdan əvvəl mövcud olan ilkin sərhədlərin bərpası tamamilə mümkündür. Niyə də olmasın?"

 

Qeyd edək ki, D.Tramp Fransa prezienti Emmanuel Makronla görüşü zamanı da diqqətə çatdırıb ki, Putinlə münasibətinə görə münaqişənin ən asan şəkildə həll olacağını düşünüb, lakin gedişat onun düşündüyü və arzuladığı kimi olmayıb.

 

Aydın Baxış 

 

Chosen
42
bakivaxti.az

1Sources