EN

Azərbaycanlı qızlar qazaxlarla iki dəfə üz-üzə gələcək

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Qazaxıstan Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, oyunlar oktyabrın 24-də və 27-də keçiriləcək. Hər iki matç Çimkənddəki “Qajımukan Munaytpasov” stadionunda təşkil olunacaq.

İlk oyunun Bakı vaxtı ilə saat 18:00-da, ikinci görüşün isə 13:00-da başlaması planlaşdırılır.

Chosen
25
sportinfo.az

1Sources