EN

Mütəxəssis demansla bağlı məşhur mifə aydınlıq gətirdi

Professor: Tapmaca həlli demansdan qorumur, sadəcə gedişini gecikdirir.

E-saglam.az xəbər verir ki, Sauthempton Universitetinin (Böyük Britaniya) klinik neyroanatomiya professoru, nevroloq Roxy Carare The Guardian-a müsahibəsində demansın qarşısının alınması ilə bağlı məşhur mifə aydınlıq gətirib.

Onun sözlərinə görə, tapmacaların həlli və digər zehni məşğələlər demansı tamamilə önləməsə də, xəstəliyin başlanmasını və simptomların ağırlaşmasını gecikdirə bilər. Carare izah edib ki, bu cür fəaliyyətlər beyinə qan axınını artırır, bu isə onun daha yaxşı qidalanmasına və zərərli maddələrin daha sürətli xaric olunmasına şərait yaradır.

Nevroloq əlavə edib ki, çətinləşdirilmiş zehni tapşırıqlar hətta zədələnmiş qan damarlarının qidalanmasına kömək edir və onların funksiyalarını daha uzun müddət qoruyur. Lakin genetik meyil olduqda, tapmacalar və intellektual oyunlar demansın qarşısını tamamilə ala bilmir.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
20
e-saglam.az

1Sources