EN

QHT-nin “Sən də Gəl, Sən də Tanı” layihəsi çərçivəsində hazırladığı tədbirlər silsiləsi davam edir » AzadMedia.az


Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyinin “Sən də Gəl, Sən də Tanı” layihəsi çərçivəsində hazırladığı tədbirlər silsiləsi davam edir.

QHT.az xəbər verir ki, Kifyib sədri Səadət Bayramova bu haqda məlumat vermişdir:

"Layihə çərçivəsində işıq üzü görən və geniş ictimaiyyətə təqdim edilən “Kistoz Fibroza Dair” elmi-tibbi kitabının təqdimat mərasimi uğurla başa çatmışdır. Lakin təşkilatımız bununla kifayətlənmir və layihənin davamı olaraq növbəti genişmiqyaslı tədbiri keçirməyi nəzərdə tutur.

Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət dəstəyi Agentliyidir.

29 sentyabr 2025-ci il tarixində Yeni Klinik Tibb Mərkəzində "Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyinin ikinci təqdimat mərasimi keçiriləcəkdir. Bu gün təsadüfi seçilməmişdir – tədbir həm də təşkilatımızın fəaliyyətə başlamasının səkkizinci (8 ) ildönümünə təsadüf edir. Biz iki mühüm hadisəni bir arada qeyd etməyi planlaşdırırıq.

Tədbirdə:

Dövlət qurumlarının və rəsmi instansiyaların nümayəndələri çıxış edəcək;

Kitabın müəllifləri və tibb mütəxəssisləri mövzu barədə geniş məlumat təqdim edəcəklər;

Kitabın məqsədi, əhəmiyyəti və gələcəkdə xəstəlik sahəsində maarifləndirməyə verəcəyi töhfələr barədə fikirlər paylaşılacaqdır.

"Kistik Fibroz Xəstələrinə Yardım" İctimai Birliyi olaraq inanırıq ki, bu kitab və təşkil olunan təqdimatlar həm xəstəlik haqqında maarifləndirməyə, həm də xəstələrin sosial dəstək imkanlarının genişlənməsinə böyük töhfə verəcəkdir".

Tədbirdə iştirak etmək üçün qeydiyyat linki aşağıda yerləşdirilmişdir:

https://docs.google.com/.../1FAIpQLSd6CkTvZcW.../viewform...

Tarix:29 Sentyabr 2025

Saat :9:30-12:00

Ünvan : Bakı şəhəri Yeni Klinika Tibb Mərkəzi Yeni Klinika
Chosen
24
4
azadmedia.az

5Sources