EN

Ermənistanda atışma: 2 ölü, 1 yaralı var – Paşinyandan AÇIQLAMA - FOTO/VİDEO

Sentyabrın 23-də saat 23:52-də Ermənistan DİN-in polis idarəsinə məlumat daxil olub ki, Armavir vilayətinin Merdzavan yaşayış məntəqəsində, İrəvan şosesində atəş səsləri eşidilib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ermənistan polisi yayıb.

İlkin məlumata görə, iki nəfər ölüb, bir nəfər yaralanıb. Ölənlər arasında müxalif mövqeyi ilə tanınan Parakar icmasının rəhbəri Volodya Qriqoryan da var.

Hadisənin bütün təfərrüatlarının araşdırılması üçün polis əməkdaşları tədbirlər görür. Ermənistanın baş naziri Nikol Paşinyan səhər tezdən Parakar icmasının rəhbəri Volodya Qriqoryanın qətli ilə bağlı mövqeyini bildirib.
 

O, faciəli hadisəni pisləyib və baş verənlərin səbəblərinin təhlilindən sonra mütləq nəticə çıxarılacağını vurğulayıb.


Paşinyan həmçinin qeyd edib ki, qətlə yetirilən ikinci şəxs Volodya Qriqoryanın dostudur, atışma nəticəsində yaralanan şəxs isə hazırda son dərəcə ağır vəziyyətdədir.

Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyanın  məlumatına görə, Parakarda baş verən silahlı insidentdə həlak olan ikinci şəxs DİN-in kriminal polis idarəsinin əməkdaşı Karen Abramyan olub.





Bizim.Media

Chosen
38
2
bizim.media

3Sources