Sarı simi elə çəkdin, bir anda -
Kökdən düşdü ürəyimin havası!
Yanındayam, sonumacan hər yanda
Bitməsə də ikimizin davası!
Köklərini kəsmək çəhdin bir əzab...
Bu sevgini Allah verib, - unutma!
Mənə qarşı yükləndiyin qəzəbi -
Ürəyinə yük eləyib - qurutma!
Həyatımız sirr deyilki Allaha -
Nəyi onun yaddaşından silirsən?
Unutmaqla batıb axı günaha,
Yaradanı aldadamı bilərsən?!
İbadət də, diz çökmək də, inanc da -
Özəl haqqdı, yar!- deyəni öldürmə !..
Yaşanılmış sevgiyə bax, bu yaşda -
Gəl, Allahı özümüzə güldürmə!