AZ

Əbülfət Mədətoğlu: Gəl, Allahı   özümüzə  güldürmə

Sarı  simi elə çəkdin,  bir anda  -
Kökdən düşdü  ürəyimin  havası!
Yanındayam, sonumacan hər yanda  
Bitməsə də ikimizin  davası!

 Köklərini  kəsmək  çəhdin   bir  əzab...
Bu  sevgini  Allah  verib, - unutma! 
Mənə  qarşı  yükləndiyin qəzəbi - 
Ürəyinə  yük eləyib - qurutma!

Həyatımız sirr deyilki  Allaha - 
Nəyi  onun  yaddaşından  silirsən? 
Unutmaqla  batıb axı  günaha,  
Yaradanı  aldadamı  bilərsən?!

İbadət də, diz  çökmək də, inanc da -
Özəl  haqqdı,  yar!- deyəni  öldürmə !..
Yaşanılmış sevgiyə  bax, bu  yaşda - 
Gəl, Allahı   özümüzə  güldürmə!

Seçilən
25
1
adalet.az

2Mənbələr