EN

Ölülərə hörmətsizlik: Daş Salahlıda qəbiristanlığə örüş yerinə çevirdilər - FOTOLAR

Qazax rayon Daş Salahlı kəndində qəbiristanlıq örüş yerinə çevrilib.

Bu barədə kənd sakinlərinin Bakıvaxtı.az-a şikayətində bildirilir.

Məlumata görə, Qazaxın ən böyük kəndi olan Daş Salahlının qəbiristanlığında biabırçılıq hökm sürür. İddialara görə, bu çirkin, arzuolunmaz əmələ qəbiristanlığın mühafizəçisi “imza atır”.

İrad və tənbeh oluna bilər ki, rayon rəhbərliyi, kənd icra nümayəndəliyi, bələdiyyə və s. qurumlar hara baxır? Əlbəttə, bu iradda həqiqət payı var, çünki bura məhz o qurumların təyin etdiyi şəxs nəzarət funksiyasını həyata keçirir.

Başqa bir sual da ortaya çıxır, həmin məzarlıqda mal-qaranı otaranların əzizləri, doğmaları uyumurmu? Əlbəttə, uyuyur. Deməli, burada həm də sağlam düşüncəli vətəndaş olmaq lazımdır. Dövlət qurumunun nəzarət mexanizmi laxlaya bilər, amma bəs xalqın, kənd sakinlərinin öz əzizlərinə olan rəğbəti, ehtiramı niyə öləziyir?

Hər şeyi dövlət qurumundan gözləmək də marazm əlamətidir. Bir vətəndaş ata-ana, baba-nənəsinin uyuduğu məzarlığı örüş yerinə çevirib, mərhumlarının ruhunu incidirsə, deməli günahın ən böyüyü elə həmin şəxsdədir.

İddialara görə, bir neçə dəfə mal-qara bəzi qəbir daşlarını uçurub. Kənd sakinlərinin dediklərinə görə, məsələ ilə bağlı dəfələrlə şikayətlərini bildirsələr də, bu hal yenə təkrarlanır.

Məsələylə bağlı aidiyyatı qurumlara etdiyimiz zənglər cavabsız qaldı.

Əli Hüseynov

Chosen
15
1
bakivaxti.az

2Sources